Bank Of Baku

«La Parfumerie»nin əmlakı siyahıya alınıb

«La Parfumerie»nin əmlakı siyahıya alınıb
# 27 avqust 2011 09:52 (UTC +04:00)
Vergilər Nazirliyindən «APA-ECONOMICS»ə verilən məlumata görə, Bakı şəhəri Vergilər Departamentinin əməkdaşları tərəfindən paytaxtın Nəsimi rayonu, İstiqlaliyyət küçəsi,35 ünvanında yerləşən «Elay Holdinq» MMC-yə məxsus «La Parfumerie» kosmetika və ətriyyat mağazasında əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib. Mağazanın əmlakının siyahıya alınmasının səbəbi onun sahibinin vergi borcunu ödəməməsi olub. Belə ki, «Elay Holdinq»in təqdim etmiş bəyannamələrə görə, müəssisənin əsas borcunun 3 731,5 manat, faiz borcunun 25,5 manat olmaqla ümumi borc məbləğinin 3 757 manat olduğu müəyyən edilib, müəssisənin rəhbəri Eldar Əlişahban oğlu Paşayevə vergi borcunun ödənilməsinə dair son bildiriş göndərilib.

Bundan sonra isə Vergi Məcəlləsinin əmlakın siyahıya alınması məsələlərini özündə əks etdirən 89-cu maddəsinə əsasən, vergi ödəyicisi vergi borclarını müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi «Elay Holdinq» MMC-nin əmlakının siyahıya alınması haqqında qərar çıxarılıb.

Siyahıya alınma zamanı «La Parfumerie»nin kassasında 368 manat nağd pul vəsaiti aşkar edilərək götürülüb və 23 adda ətriyyat məhsulu siyahıya alınıb. Siyahıya alınmış əmlakın ümumi dəyəri 3 735 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR