Bank Of Baku

Azərbaycanda keyfiyyətsiz dondurma istehsalı ilə məşğul olan müəssisələr 3 min manat cərimələnib

Azərbaycanda keyfiyyətsiz dondurma istehsalı ilə məşğul olan müəssisələr 3 min manat cərimələnib
# 27 avqust 2011 12:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda keyfiyyətsiz dondurma istehsalı ilə məşğul olan müəssisələrə ümumi məbləği 3 min manat təşkil edən maliyyə sanksiyası tətbiq olunub.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Əliyev küçəsi, ev 227A ünvanında Müzəffər Poladova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı dondurmaların müvafiq reseptura və gigiyenik sertifikatları olmadan istehsal edilməsi, etiketlərində istehsalçı müəssisə barədə məlumatların göstərilməməsi, habelə dondurmaların laborator müayinədən keçirilmədən satışa çıxarılması səbəbindən bu sahibkar barəsində Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılmış və «Haqsız rəqabət haqqında» qanunun tələblərini pozduğuna görə Müzəffər Poladova 527 manat maliyyə sanksiyası tətbiq edilib.

Bundan başqa, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 137 ünvanında «Dədə Qorqud» Müstəqil Kiçik Müəssisəsinə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı plombir dondurmaların müvafiq reseptura, südlü dondurmaların gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edilməsi, habelə dondurmaların laborator müayinədən keçirilmədən satılması səbəbindən bu təsərrüfat subyekti barəsində Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılmış və «Haqsız rəqabət haqqında» qanunun tələblərini pozduğuna görə «Dədə Qorqud» müəssisəsinə 2,9 min manat maliyyə sanksiyası tətbiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR