Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fondu Daşkəsən sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb

Sahibkarlığa Kömək Milli Fondu Daşkəsən sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb
# 01 sentyabr 2011 08:33 (UTC +04:00)
Bakı - APA-ECONOMICS. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Daşkəsən rayonunda müxtəlif sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.
Nazirlikdən «APA-ECONOMICS»ə verilən məlumata görə, investisiya layihələrinin istiqamətləri sırasına arıçılıq təsərrüfatlarının yaradılması, o cümlədən balın sənaye üsulu ilə emalı və qablaşdırılması, intensiv kartofçuluq və ya yüksək məhsuldar kartof toxumçuluğu təsərrüfatının yaradılması, kiçik həcmli meyvə emalı sexinin yaradılması daxildir.
Bu gündən etibarən “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq sahibkarlıq subyektləri investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR