Bank Of Baku

Acarıstan hökuməti müalicəvi otların qəbul məntəqələrini təşkil edən investorlar axtarır

Acarıstan hökuməti müalicəvi otların qəbul məntəqələrini təşkil edən investorlar axtarır
# 01 sentyabr 2011 09:39 (UTC +04:00)
Batumi. Nizami Məmmədzadə - APA. Gürcüstanın Acarıstan Muxtar Respublikasının hökuməti sitrus, meyvələr və müalicəvi otların qəbulu üçün məntəqələr təşkil edən investorlar axtarır.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Acarıstan Maliyyə və İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, Kobuletidə yerləşən müalicə otlarını qəbul edən birliyin büdcəyə 1907,45 lari borcu var. Məhz buna görə də nazirlik birliyin 80%-lik payını hərraca çıxarıb. İlkin start qiymət 80 min laridir. Hərracın şərtinə görə, investor müqavilə bağladıqdan sonra 24 ay müddətinə Kobuleti sitrus, meyvələr və müalicə otlarının qəbulu məntəqəsini aça, investor birliyin ərazisinin 0,8 hektarında istilikxana da tikə bilər. Qalib investor layihəyə 200 min lari qoymalıdır. Hərrac sentyabrın 8-də başlayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR