Bank Of Baku

Azad İstehlakçılar Birliyi qiymət artımının qarşısını almaq üçün təkliflər hazırlayır

Azad İstehlakçılar Birliyi qiymət artımının qarşısını almaq üçün təkliflər hazırlayır
# 06 sentyabr 2011 10:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Azad İstehlakçılar Birliyi (AİB) “İnflyasiyanın aşağı düşməsində istehlakçı hüquqlarının qorunması” layihəsi çərçivəsində istehlak bazarında bu ilin aprel-avqust ayları üzrə qiymətlərin növbəti monitorinqinin nəticələrini açıqlayıb.

«APA-Economics»in məlumatına görə, tədbirdə AİB sədri Eyyub Hüseynov qeyd olunan dövr ərzində bazardakı qiymət artımından və artımın baş vermə səbəblərindən danışıb.

Onun sözlərinə görə, bu ilin aprel-avqust aylarında bazarda düyünün qiyməti 16%, çuğundur 25%, göyərti 15%, banan 7%, şabalıd 79%, sümüklü mal əti 21%, toyuq əti 12%, qablaşdırılmış yerli süd 5%, yerli qarğıdalı yağı 33,3%, idxal olunan kərə yağı 6%, duzlu siyənək balığı 15% artıb.

E.Hüseynov qiymət artımının digər məhsullarda da müşahidə olunduğunu deyərək bildirib ki, qiymət artımının qarşısını almaq, həmçinin qiymətlərin aşağı salınması üçün dövlət tərəfindən hansı addımların atılacağı ilə bağlı AİB tərəfindən təkliflər hazırlanır. Həmin təkliflər hazır olduqdan sonra müvafiq dövlət qurumlarına təqdim olunacaq.

Qeyd edək ki, istehlak bazarında qiymətlərin monitorinqi Avrasiya Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR