Bank Of Baku

Azərbaycanda duz istehsal edən müəssisələrdə monitorinqlərə başlanır

Azərbaycanda duz istehsal edən müəssisələrdə monitorinqlərə başlanır
# 06 sentyabr 2011 11:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Duz İstehsalçıları Assosiasiyası ölkə ərazisində satılan duzların tərkibindəki mövcud problemləri nəzərə alaraq duz istehsal müəssisələrində monitorinqlərə başlayır.

Assosiasiyadan «APA-Economics»ə verilən məlumata görə, satılan keyfiyyətsiz duzların mənbəyini araşdırarkən məlum olub ki, bu duzlar ölkə ərazisində yerləşən müxtəlif göllərdən toplanan duzların hesabına istehsal olunur.

«Mövcud duz bazarında yodlaşdırılmayan, təmizlənməyən, rəngarəng qablara qablaşdırılmış duzların satışı davam edir. Bakı şəhərində və Azərbaycan ərazisində əfsuslar olsun ki, çörək bişirmə, pendir hazırlama sahəsində əksər hallarda yodsuz, təmizlənməyən mənşəyi bəlli olmayan, təhlükəli duzlardan istifadə olunur. Assosiasiya monitorinqləri başa çatdırdıqdan sonra nəticələr barədə ictimaiyyətə ətraflı məlumat verəcək», - deyə assosiasiyadan bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR