Bank Of Baku

«Aktivia»nın reklamlarında sertifikatlaşdırma ilə bağlı məlumatın göstərilmədiyi aşkarlanıb

«Aktivia»nın reklamlarında sertifikatlaşdırma ilə bağlı məlumatın göstərilmədiyi aşkarlanıb
# 07 sentyabr 2011 07:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam yayımı sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət məqsədilə monitorinqləri davam etdirir.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, mövcud qanunvericiliyin tələblərinə əsasən, reklam olunan əmtəənin sertifikatlaşdırılması və reklam yayımının «mütləq sertifikatlaşdırılmalıdır» yazısı ilə müşayiət edilməsi zəruri olduğu halda, «Danon» MMC-nin «Aktivia» adlı məhsullarının reklamlarında məhsulun sertifikatlaşdırılması barədə məlumatın göstərilmədiyi aşkar edilib.

Dövlət Xidməti tərəfindən təsərrüfat subyektinə müvafiq göstəriş verilib, yol verilmiş qanun pozuntuları aradan qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR