Bank Of Baku

Obama yeni iş yerləri açan biznesmenlərə vergi güzəştləri vəd edir

Obama yeni iş yerləri açan biznesmenlərə vergi güzəştləri vəd edir
# 07 sentyabr 2011 08:10 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ prezidenti Barak Obama köhnə iş yerlərinin saxlanması və yeni iş yerlərinin açılmasına dair proqramını elan etməyə hazırlaşır.

APA-Economics”in CNN-ə istinadən xəbərinə görə, Ağ Ev rəhbərinin bu planı büdcəyə 300 mlrd. dollara başa gələcək.

Proqramda işçilərin azaldılmış gəlir vergisinin və bir sıra işsizlik müavinətlərinin müddətinin daha bir il artırılması nəzərdə tutulur. Təkcə buna 170 mlrd. dollar xərclənəcək. Həmçinin yeni işçiləri işə götürən və ictimai işlərlə əlaqədar layihələr həyata keçirən biznesmenlər üçün vergi güzəştləri nəzərdə tutulub.

Barak Obamanın bu plan barədə ABŞ Konqresinə həftənin cümə axşamı günü edəcəyi müraciət zamanı məlumat verəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR