Bank Of Baku

Bakı Bulvarında obyekt açılması qaydaları açıqlanıb

Bakı Bulvarında obyekt açılması qaydaları açıqlanıb
# 07 sentyabr 2011 11:20 (UTC +04:00)
Qalan xidmət obyektləri, o cümlədən, attraksion və karusellərin əksəriyyəti fiziki şəxslərə məxsusdur. «APA-Economics»in məlumatına görə, bunu İdarənin rəis müavini Nazim Məcidov bildirib.

Bulvar ərazisindəki obyektlərin fiziki şəxslərin istifadəsinə verilməsi qaydasına aydınlıq gətirən rəis müavini bildirib ki, adətən iş adamları Bulvar İdarəsinə təkliflərlə müraciət edirlər: «O məsələlərə İdarənin kollegiyasında baxılır, yaxşı təkliflər təsdiq olunur və iş adamı ilə müqavilə bağlanılır və həmin şəxs bulvarda fəaliyyətə başlayır».

Bu qaydaların tam şəffaf olduğunu bildirən idarə rəsmisi, bununla yanaşı etiraf edib ki, bulvar ərazisində kommersiya obyektlərinin yerləşdirilməsi ilə bağlı indiyədək elan verilməyib: «Elana ehtiyac olmayıb, ona görə ki, orada kommersiya obyektləri elə də çox deyil, əvvəlki illərdə fəaliyyət göstərən kafe və restoranların əksəriyyəti istismara yaramadığı üçün ərazidən çıxarılıb, attraksion və karusellərin sayı da 50%-ə yaxın azalıb».

N.Məcidovun sözlərinə görə, bulvarda yeni obyektlərin açılması ilə bağlı təklifləri sahibkarlar həmişə edə bilərlər. Amma hələlik yeni ərazilərdə obyektlərin açılması üçün təkliflər qəbul olunmur: «Çünki orada hansı obyektlərin nəzərdə tutulacağı bilinmir –yalnız o məlumdur ki, insanların rahat gəzməsi üçün sahil boyu xətt və yaşıllıq olacaq. Obyektlərlə bağlı məsələlər aydınlaşanda, elan verəcəyik».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR