Bank Of Baku

Sabah Azərbaycan və Rusiyanın Həştərxan vilayəti hökumətlərarası saziş imzalayacaq

Sabah Azərbaycan və Rusiyanın Həştərxan vilayəti hökumətlərarası saziş imzalayacaq
# 07 sentyabr 2011 14:46 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Sabah Bakıda Rusiyanın Həştərxan vilayəti ilə əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalanacaq.

APA-Economics”in Həştərxan vilayəti qubernatorunun saytına istinadən xəbərinə görə, imzalanma vilayətin nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində baş tutacaq.

Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri bu gün başlayır. Həmin gün A.Jilkini Azərbaycan prezidenti İlham Əliyev və Bakının Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qəbul edəcək. Sentyabrın 8-də qubernator Azərbaycanın baş naziri Artur Rasizadə və hökumət üzvləri ilə görüşəcək, hökumətlərarası sazişi imzalayacaq.

Bundan başqa, səfər zamanı Həştərxan vilayəti ilə bağlı təqdimat keçiriləcək. Azərbaycanın işgüzar dairələrinin nümayəndələri bu tədbirdə həştərxanlı həmkarları ilə biznesin inkişafı məsələlərini müzakirə edə biləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR