Bank Of Baku

Azərbaycanda istifadəyə yarasız məhsullar məhv edilib

Azərbaycanda istifadəyə yarasız məhsullar məhv edilib
# 07 sentyabr 2011 15:02 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin əməkdaşları Bakı şəhərinin Sabunçu rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri ilə birlikdə Balaxanı qəsəbəsinin inzibati ərazisində istifadəyə yararsız – aksiz markası ilə markalanmalı olan, lakin markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, həmçinin keyfiyyətsiz tütün və alkoqollu içki məmulatları məhv ediblər.

Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, məhkəmə orqanlarının qərarları ilə müsadirə olunmuş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin istifadəyə yararsız hesab etdiyi 5,07 min manat dəyərində 705 ədəd alkoqollu içki və 2,381 min manat dəyərində 1 398 qutu tütün məmulatları Balaxanı qəsəbəsi ərazisindəki məişət tullantılarının yandırılması üçün nəzərdə tutulmuş ərazidə məhv edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR