Bank Of Baku

Bakıda Rusiyanın Həştərxan vilayətinin iqtisadi imkanlarına dair təqdimat keçirilib

Bakıda Rusiyanın Həştərxan vilayətinin iqtisadi imkanlarına dair təqdimat keçirilib
# 08 sentyabr 2011 15:16 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Bu gün Bakıda Azərbaycan və Rusiyanın Həştərxan vilayətinin iqtisadi-ticarət imkanlarına həsr olunmuş təqdimat mərasimi keçirilib.

APA-Economics”in xəbərinə görə, tədbir Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin Azərbaycana səfəri çərçivəsində Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə “Azpromo” (Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu) tərəfindən təşkil olunub.

Mərasimin açılışında çıxış edən Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib ki, hazırda ölkəmiz dünyanın 140 ölkəsi ilə ticarət münasibətləri həyata keçirir. Onun sözlərinə görə, Azərbaycan və Həştərxan vilayəti mövcud ticarət münasibətlərini inkişaf etdirmək üçün böyük potensiala malikdir.

Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin qeyd edib ki, Azərbaycanla yükdaşıma, kənd təsərrüfatı, gəmiqayırma və turizm sahələrində əməkdaşlıq etməkdə maraqlıdırlar: “Eləcə də Azərbaycanın tikinti şirkətlərinin regionumuza gəlməsində maraqlıyıq”.

Daha sonra “Azpromo”nun vitse-prezidenti Rüfət Məmmədov Azərbaycanda biznes və investisiya imkanlarına dair təqdimatla çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR