Bank Of Baku

Samuxda sahibkarlar üçün seminar keçirilib

Samuxda sahibkarlar üçün seminar keçirilib
# 10 sentyabr 2011 11:54 (UTC +04:00)
Bakı – APA. Sentyabrın 9-da Samux rayonunda Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı, Samux Rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar üçün “Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları” mövzusunda seminar keçirilib. İqtisadi İnkişaf Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Bakı Biznes Tədris Mərkəzinin, Samux Rayon İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Aqrar Universitetinin nümayəndələri, eləcə də Samux rayonunda fəaliyyət göstərən sahibkarlar iştirak edib.

Seminarda Avropa İttifaqına ixrac imkanları, bu sahədə mövcud qanunvericilik, Avropa İttifaqının “Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+” Proqramının (“GSP+”) əsas xüsusiyyətləri, sistemin biznes üçün potensial faydası barədə ətraflı məlumatlar verilib.

Tədbirdə həmçinin elektron ticarətin sahibkarlıq fəaliyyətinin inkişafında rolu, www.b2b.az elektron ticarət portalı və ondan istifadə qaydaları, portalın sahibkarlar üçün yaratdığı əlverişli imkanlar və s. barədə məlumatlar çatdırılıb. Seminar çərçivəsində sahibkarlara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris-metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR