Bank Of Baku

Unlu qənnadı məmulatlar istehsal edən müəssisə cərimə edilib - FOTO

Unlu qənnadı məmulatlar istehsal edən müəssisə cərimə edilib - <font color=red>FOTO</font>
# 14 sentyabr 2011 11:52 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Nərimanov rayonu, İ.Dadaşov küçəsi 52-də fəaliyyət göstərən “Çiççino” MMC-də unlu qənnadı məmulatların istehsalı zamanı normativ sənədlərin tələblərinə, metroloji qayda və normalara riayət olunması ilə bağlı dövlət nəzarəti həyata keçirib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, məhsullar müəyyən edilmiş qaydada təsdiq olunmuş normativ və texnoloji sənədlər (reseptura) olmadan istehsal olunur, unlu qənnadı məmulatların təhlükəsizlik göstəricilərinin yoxlanmasını təsdiq edən gigiyenik və uyğunluq sertifikatları mövcud deyil, istismar olunan ölçmə vasitələri müqayisəli yoxlamadan keçməmiş halda istifadə olunur.

Aşkar olunmuş nöqsanlarla bağlı müəssisəyə inzibati qaydada protokol tərtib edilərək 4 000 manat cərimə tətbiq edilib və sertifikatsız məhsulların istehsalının dayandırılması barədə tələbnamə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR