Bank Of Baku

Dünyanın ən bahalı brendlərinin reytinqi açıqlanıb

Dünyanın ən bahalı brendlərinin reytinqi açıqlanıb
# 14 sentyabr 2011 12:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Böyük Britaniyanın «Brand Finance» şirkəti dünyanın ən bahalı brendlərinin reytinqini dərc edib.

«APA-Economics»in məlumatına görə, «Brand Finance Global 100» adlı reytinqə iqtisadiyyatın bütün sahələrindən 100 aparıcı dünya brendi daxil edilib.

Siyahıya «Google» brendi başçılıq edir. Belə ki, «Google» brendi 48,278 mlrd. ABŞ dolları məbləğində dəyərləndirilib. İlk üçlüyə həmçinin «Apple» (39,301 mlrd. dollar) və «Microsoft» (39,005 mlrd. dollar) şirkətləri daxil edilib.

İlk onluğa həmçinin IBM (35,981 mlrd. dollar), «Wal-Mart» (34,997 mlrd. dollar), «Vodafone» (30,740 mlrd. dollar), «General Electric» (29,060 mlrd. dollar), «Toyota» (28,800 mlrd. dollar), AT&T (28,354 mlrd. dollar) və HSBC (27,100 mlrd. dollar) şirkətləri daxil olub.

Göründüyü kimi, 10 yerdən 7-ni ABŞ şirkətləri, 2-ni Böyük Britaniya və 1-ni Yaponiya şirkəti tutub. Qiymətləndirmə zamanı brendin gücü, edilən risklər və rəqiblərlə müqayisədə artım potensialı, həmçinin, son yarım ildə baş vermiş maliyyə, siyasi və iqtisadi dəyişikliklər əsas götürülüb.

Xatırladaq ki, əvvəlki hesabatda da «Google» birinci yerdə olub. «Apple» şirkəti ötənilki 8-ci yerdən 2-ci yerə qədər yüksəlib, «Microsoft» isə 2-ci yerdən 3-cü yerə düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR