Bank Of Baku

«Həkəri» şadlıq evi və «Birlik Bank»ın əşyaları hərraca çıxarılıb

«Həkəri» şadlıq evi və «Birlik Bank»ın əşyaları hərraca çıxarılıb
# 15 sentyabr 2011 10:15 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Vergilər Nazirliyi «Həkəri» şadlıq evini hərraca çıxarıb. Şadlıq evinin hərraca çıxarılması onun sahiblərinin büdcə öhdəliklərini tam icra etməməsi ilə bağlıdır.

«APA-Economics»in Nazirliyin hərraca çıxarılan əmlaklar barədə elanına istinadən məlumatına görə, «Həkəri-R» firmasına məxsus olan şadlıq evinə 950 min manat qiymət qoyulub. Lakin obyekt ilkin hərracda satılmadığına görə, onun qiyməti 10% aşağı salınaraq 855 min manat endirilib. Hərracda iştirak etmək üçün beh 42 750 manat (qiymətin 5%-i) təşkil edir. Qeyd edək ki, «Həkəri» şadlıq evi Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov,2943-cü məhəllə ünvanında yerləşir. Adı çəkilən şadlıq evi Nazirliyin hərraca çıxardığı ən böyük obyektdir.

Bundan başqa, Sumqayıt şəhər Kooperativ Cəmiyyətinə məxsus mağaza da satışa çıxarılıb. Sumqayıt şəhəri, 20-ci məhəllə, ev 3/64 ünvanında yerləşən mağazaya ilkin olaraq 20 min qiymət qoyulsa da, sonradan qiymət 18 min manata endirilib. Sabirabad rayonunun Qaragüney kəndindəki anbar binasına isə 700 manat qiymət qoyulub. «Qaragüney» Kooperativ Cəmiyyətinə məxsus anbar ilk hərracda satılmayandan sonra onun qiyməti 630 manata enib. Bundan əlavə, hərraca «Birlik Bank» ASC, «Xətai Tikiş-2» ASC, «Neftçala Balıq Kombinatı» ASC və digər hüquqi və fiziki şəxslərə məxsus əşyalar çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR