Bank Of Baku

SKMF Bakı şəhərinin və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı başlanandan 156 sahibkara 26,7 mln. manat kredit ayırıb

SKMF Bakı şəhərinin və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı başlanandan 156 sahibkara 26,7 mln. manat kredit ayırıb
# 15 sentyabr 2011 11:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-ECONOMICS. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” başlanandan (bu il mayın 4-dən) indiyə kimi 156 sahibkara 26,7 mln. manat kredit ayrılıb.

«APA-ECONOMICS»in məlumatına görə, bu barədə Fondun icraçı direktoru Şirzad Abdullayev bildirib.

Onun sözlərinə görə, maliyyələşdirilən layihələr hesabına 1114 yeni iş yerinin yaradılması nəzərdə tutulur: “Eyni zamanda 6 çörək istehsalı müəssisəsi, 8 istixana, ət kəsimi, zeytun və zəfəran emalı müəssisələrin yaradılması və digər layihələrin icrası təmin olunacaq”.

Ş.Abdullayev qeyd edib ki, ümumilikdə 2011-ci il ərzində 1156 sahibkara 98,8 mln. manat kredit ayrılıb. İlin sonunadək sahibkarlara 125 mln. manat kredit verilməsi nəzərdə tutulur: “Bu il Fond tərəfindən 1190 investisiya layihəsinin maliyyələşdirilməsinə 98,8 mln. manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 62 böyük və iri həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə 83 mln. manat, aqrar sektorun və digər sahələrin inkişafı yönümlü 6 investisiya layihəsinin maliyyələşdirilməsinə 1,8 mln. manat və 112 kiçik həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə 14 mln. manat vəsait ayrılıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR