Bank Of Baku

Pirallahı qəsəbəsində “Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilib

Pirallahı qəsəbəsində “Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilib
# 15 sentyabr 2011 12:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Pirallahı qəsəbəsində «Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirib. «APA-Economics»in məlumatına görə, tədbirdə Bakı qəsəbələrində fəaliyyət göstərən 250-dək sahibkar iştirak edib.

Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov çıxışında bildirib ki, son illər ölkənin qeyri-neft sektoru getdikcə inkişaf edir, regionların sosial-iqtisadi inkişafına nail olunub, əhalinin həyat şəraiti daha da yaxşılaşdırılıb, sahibkarlığın inkişafına dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsi nəticəsində iqtisadiyyatda özəl bölmənin rolu daha da artıb.

Nazirliyin Regionların inkişafı üzrə dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov məqsədli dövlət proqramında Bakı şəhərini və ətraf qəsəbələri əhatə edən tədbirlər, onların icrası, həmçinin görüləcək işlər barədə danışıb.

Öz növbəsində SKMF-in icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, Fondun güzəştli kreditləri hesabına şəhərətrafı qəsəbələrdə fəaliyyət göstərən sahibkarların intensiv zeytunçuluq təsərrüfatlarının yaradılması, müasir tələblərə cavab verən zeytun emalı və qablaşdırılması müəssisələrinin tikintisi, zəfərançılıq təsərrüfatının yaradılması, emalı və qablaşdırılması müəssisələrinin tikintisi, quşçuluq, çörək istehsalı müəssisələrinin yaradılması, bu istiqamətdə fəaliyyət göstərən sahibkarların dəstəklənməsi layihələrinin reallaşdırılması nəzərdə tutulub.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə şəhərətrafı qəsəbələrdə fəaliyyət göstərən 19 sahibkarlıq subyektinə 2,360 mln. manat güzəştli kredit vəsaiti verilib. Bu kredit hesabına 70-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR