Bank Of Baku

«AZTIME» şirkəti Azərbaycana yeni saatlar idxal edib

«AZTIME» şirkəti Azərbaycana yeni saatlar idxal edib
# 16 sentyabr 2011 11:07 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycanın «AZTIME» mağazalar şəbəkəsi bu günlərdə məşhur dünya brendlərinə aid yeni saatların ölkəyə idxalına başlayıb.

«AZTIME»ın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, şirkət İsveçrənin «Cimier», «Alfex», «Davosa», «Appella» və «Charmex» saatlarının Azərbaycan bazarında yeganə təmsilçisidir. Qısa zamanda isə «AZTIME» İsveçrənin «Rodania», Fransanın «Pierre Lannier», Almaniyanın «Elysee» saatlarının yeni modellərini yerli istehlakçılara təqdim etməyi planlaşdırır.

Yeni saat nümunələri ilə müştərilər «AZTIME»ın Bakı şəhərində yerləşən 6 mağazasında tanış ola bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR