Bank Of Baku

Bakıda Azərbaycan-Avstriya biznes-forumu keçiriləcək

Bakıda Azərbaycan-Avstriya biznes-forumu keçiriləcək
# 16 sentyabr 2011 14:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Sentyabrın 19-20-də Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) tərəfindən Bakıda Azərbaycan-Avstriya biznes-forumu keçiriləcək.

Azpromo-dan «APA-Economics»ə verilən məlumata görə, tədbirə tullantı və çirkab sularının idarə olunması, alternativ enerji, nəqliyyatın idarə edilməsi sistemləri, turizm, memarlıq, şəhərsalma və digər sektorları təmsil edən 70-ə yaxın Avstriya, 60-a yaxın Azərbaycan iş adamlarının qatılacağı gözlənilir. Ümumiyyətlə, tədbirə 150 nəfərə yaxın iştirakçının qatılacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR