Bank Of Baku

Bu gün Azərbaycan-Avstriya Ticarət Palatasının Bakı ofisinin açılışı olacaq

Bu gün Azərbaycan-Avstriya Ticarət Palatasının Bakı ofisinin açılışı olacaq
# 19 sentyabr 2011 08:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan-Avstriya Ticarət Palatasının Bakı ofisinin rəsmi açılışı olacaq. «APA-Economics»in xəbərinə görə, bu barədə jurnalistlərə palatanın icraçı direktoru Tural Bağırzadə məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan-Avstriya Ticarət Palatasının Bakı ofisinin açılışında məqsəd iki ölkə arasında mədəni, iqtisadi və humanitar əlaqələrin inkişafıdır: «Bu, ikitərəfli investisiya qoyuluşuna və digər sahələrin inkişafına təkan verəcək».

T.Bağırzadə qeyd edib ki, bu ilin sonunadək iki ölkə arasında mədəni və iqtisadi sahələrdə iri layihələrin icrasına başlanması nəzərdə tutulub: «Bunlar əsasən qeyri-neft sektoru, o cümlədən İKT, bərk məişət tullantılarının idarə olunması, inşaat və alternativ enerji sahələrini əhatə edəcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR