Bank Of Baku

Bakıda Azərbaycan-Avstriya biznes-forumu keçirilir - FOTO

Bakıda Azərbaycan-Avstriya biznes-forumu keçirilir - <font color=red>FOTO</font>
# 19 sentyabr 2011 09:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (“Azpromo”) və Avstriya-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə Azərbaycan-Avstriya biznes-forumu işə başlayıb.

APA-Economics”in xəbərinə görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, Avstriya tərəfindən sənaye, kənd təsərrüfatı, tikinti, səhiyyə, logistika, alternativ enerji, tullantıların utilizasiyası və digər sahələrdə fəaliyyət göstərən 70-ə yaxın iş adamı, Azərbaycan tərəfdən isə analoji sahələrdə fəaliyyət göstərən 100-dən çox sahibkar çıxış edir.

Biznes-forumda çıxış edən Azərbaycan-Avstriya Hökumətlərarası Komissiyasının həmsədri, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov və Vyana şəhərinin vitse-meri xanımı Renate Brauner iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən mədəniyyət, turizm, İKT sahəsində mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları, iş adamları arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti barədə məlumat veriblər. Qeyd olunub ki, Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti ölkəni xarici investisiyalar üçün cəlbedici edib.

“Azpromo”nun prezidenti Adil Məmmədov Azərbaycanın investisiya və ixrac imkanları, rəhbərlik etdiyi fondun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə təqdimatla çıxış edib.

Azərbaycan-Avstriya Ticarət Palatasının prezidenti Alon Şklarek, təsisçi üzvü Qabi Lanski, “TİNA VİENNA” şirkətinin baş direktoru Aleksandra Voql rəhbərlik etdikləri qurumların fəaliyyəti barədə təqdimatla çıxış ediblər.

Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib. Görüşlərdə əməkdaşlıq imkanları və perspektivləri müzakirə olunub.

Qeyd edək ki, Avstriya nümayəndə heyəti bu gün və sabah “Təmiz Şəhər” ASC-də, Nəqliyyat, Sənaye və Energetika, Mədəniyyət və Turizm, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərində görüşlər keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR