Bank Of Baku

Bakıda Azərbaycan-Avstriya Ticarət Palatasının ofisi açılıb

Bakıda Azərbaycan-Avstriya Ticarət Palatasının ofisi açılıb
# 19 sentyabr 2011 16:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Azərbaycan-Avstriya Ticarət Palatasının Bakı ofisinin rəsmi açılış mərasimi keçirilib.

APA-Economics”in xəbərinə görə, mərasimdə palatanın vitse-prezidenti Qabriel Lanski bildirib ki, Azərbaycan-Avstriya Ticarət Palatasının Bakı ofisinin açılışında əsas məqsəd hər iki ölkə arasında mədəni, iqtisadi və humanitar əlaqələrin inkişafına təkan verməkdir: “Azərbaycan-Avstriya Ticarət Palatası 2009-cu ildə Vyanada özəl şirkətlərin təşəbbüsü ilə yaradılıb. Bu il Bakı ofisinin yaradılmasına qərar verilib. Bakı ofisi ikitərəfli investisiya qoyuluşuna və digər sahələrin inkişafına təkan verəcək”.

Q.Lanski qeyd edib ki, hazıra Azərbaycanla Avstriya arasında ticarət dövriyyəsinin həcmi 150 mln. dollar təşkil edir: “Bu, olduqca az rəqəmdir. Növbəti il ərzində bu rəqəmin 2 dəfə ataraq 300 mln. dollara çatdırılması gözlənilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR