Bank Of Baku

Parisdə Fransa-Azərbaycan biznes-forumu keçiriləcək

Parisdə Fransa-Azərbaycan biznes-forumu keçiriləcək
# 20 sentyabr 2011 07:33 (UTC +04:00)
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, səfər çərçivəsində Fransa-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclası keçiriləcək. Azərbaycan nümayəndə heyətinə ölkənin maliyyə naziri Samir Şərifov rəhbərlik edəcək.

Bununla yanaşı, hökumətlərarası iqtisadi komissiyasının iclası çərçivəsində Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə sentyabrın 23-də Fransa-Azərbaycan biznes-forumu keçiriləcək. Forum çərçivəsində iki ölkənin iş adamları arasında ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR