Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fondu Xəzər rayonu sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb

Sahibkarlığa Kömək Milli Fondu Xəzər rayonu sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb
# 21 sentyabr 2011 08:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Xəzər rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

SKMF-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, Xəzər rayonu üzrə müasir zeytunçuluq təsərrüfatlarının yaradılması, müasir zeytun emalı müəssisəsinin yaradılması, intensiv üzümçülük təsərrüfatının yaradılması, müasir istixana komplekslərinin yaradılması, müasir çörək istehsalı müəssisəsinin yaradılması, müasir tələblərə cavab verən ətlik və ya yumurtalıq istiqamətli quşçuluq təsərrüfatlarının yaradılması, quşçuluq məhsullarının xammalına əsaslanan müasir dərin emal müəssisəsinin yaradılması, kiçik həcmli müasir ət kəsimi müəssisəsinin yaradılması, özəl aqroservis müəssisəsinin (müəssisənin nəzdində sahibkarlara məsləhət xidmətinin göstərilməsi ilə) yaradılması, kiçik və ya orta həcmli toxuculuq və tikiş müəssisələrinin yaradılması məqsədəuyğun hesab olunub.

Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172.

Sahibkarlığa Kömək Milli Fondunun inzibati binası.

Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR