Bank Of Baku

Sabah Bakıda Azərbaycan-Bolqarıstan biznes-forumu keçiriləcək

Sabah Bakıda Azərbaycan-Bolqarıstan biznes-forumu keçiriləcək
# 21 sentyabr 2011 12:33 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Sabah Bakıda Azərbaycan-Bolqarıstan biznes-forumu keçiriləcək.

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, forum İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilir.

Tədbirdə Azərbaycan və Bolqarıstan tərəfindən sənaye, turizm, tikinti, maliyyə və digər sahələrdə fəaliyyət göstərən iş adamlarının iştirakı nəzərdə tutulur. Hər iki tərəfdən 70 sahibkarın iştirak edəcəyi tədbir çərçivəsində Azərbaycan və Bolqarıstanın iş adamları arasında işgüzar görüşlər də təşkil ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR