Bank Of Baku

Yevlaxda “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” mövzusunda seminar keçirilib

Yevlaxda “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” mövzusunda seminar keçirilib
# 21 sentyabr 2011 16:02 (UTC +04:00)
Bakı - APA-Economics. Yevlax şəhərində sahibkarlar üçün “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” mövzusunda seminar keçirilib.

APA-Economics”in xəbərinə görə, İqtisadi İnkişaf Nazirliyinin (İİN), Yevlax Şəhər İcra Hakimiyyətinin dəstəyi, nazirliyin Bakı Biznes Tədris Mərkəzinin Yevlax nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin, İİN-in Aran regional bölməsinin, Bakı Biznes Tədris Mərkəzinin və mərkəzin Yevlax nümayəndəliyinin, “Azərsığorta” şirkətinin əməkdaşları, eləcə də Aran iqtisadi rayonunda fəaliyyət göstərən 60-dan çox sahibkar iştirak edib.

Seminarda risklərin mahiyyəti, biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti, xüsusiyyətləri, zəruriliyi, bu sahədə mövcud qanunvericilik bazası və s. barədə ətraflı məlumat verilib, “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması”, “Elektron ticarət və sahibkarlıq fəaliyyətinin inkişafında onun rolu” mövzusunda təqdimatlar keçirilib.

Tədbir zamanı həmçinin İqtisadi İnkişaf Nazirliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə yaradılmış www.b2b.az elektron ticarət portalı, portalın biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar, portaldan istifadə qaydaları, elektron ticarətlə bağlı beynəlxalq təcrübə və s. barədə sahibkarlara ətraflı məlumat verilib.

Seminar çərçivəsində sahibkarlara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris-metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR