Bank Of Baku

Bakıda Azərbaycan-Bolqarıstan biznes-forumu keçirilib - FOTOSESSİYA

Bakıda Azərbaycan-Bolqarıstan biznes-forumu keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 22 sentyabr 2011 10:58 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirdə Azərbaycan və Bolqarıstan tərəfindən sənaye, turizm, tikinti, maliyyə və digər sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edib.

Tədbirdə ölkə iqtisadiyyatında qazanılmış nailiyyətlər bərədə məlumat verən Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev həyata keçirilmiş tədbirlər nəticəsində ölkədə sahibkarlıq fəaliyyətinin genişləndiyini, əlverişli investisiya və biznes mühitinin yaradıldığını bildirib.

Daha sonra Ş.Mustafayev Azərbaycan və Bolqarıstan arasındakı iqtisadi əlaqələrdən, Bolqarıstan şirkətlərinin Azərbaycandakı fəaliyyəti barədə məlumat verərək forum və işgüzar görüşlərin ölkələr arasında əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətini qeyd edib. Nazir bolqar iş adamlarını Azərbaycanda yaradılmış əlverişli investisiya mühitindən yararlanmağa dəvət edib.

Tədbirdə iştrak edən Bolqarıstanın iqtisadiyyat, turizm və energetika naziri Trayço Traykov ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olduğunu bildirib, bunun üçün hər iki ölkənin böyük potensiala malik olduğunu qeyd edib. Nazir həmçinin Azərbaycanın böyük karbohidrogen ehtiyatlarına malik olduğunu və Azərbaycanın xarici ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında önəmli rol oynadığını diqqətə çatdırıb.

T.Traykov Bolqarıstanla Azərbaycan arasında iqtisadi əlaqələrin genişlənməsində iş adamları arasında əməkdaşlığın əhəmiyyətli olduğunu bildirib.

Daha sonra tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib, Azərbaycan və Bolqarıstan sahibkarları arasında əlaqələr və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR