Bank Of Baku

Qazaxıstanın ticarət missiyası Azərbaycana səfər edəcək

Qazaxıstanın ticarət missiyası Azərbaycana səfər edəcək
# 23 sentyabr 2011 08:02 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA-Economics. Bu il oktyabr ayının 23-26-da Qazaxıstanın ticarət missiyası Azərbaycana səfər edəcək. APA-nın «Kazakhstan Today» nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə Qazaxstanın «Kaznex İnvest» ixrac və sərmayələrin təşviqi agentliyinin press-relizində deyilir.

Dövlət agentliyinin açıqlamasında bildirilir ki, missiya Qazaxıstan mallarının xarici bazarlarda tanıdılması səyləri çərçivəsində həyata keçirilir. Agentlikdən həmçinin qeyd ediblər ki, Azərbaycan və bir neçə digər ölkələrə ticarət missiyalarının səfərlərinin təşkili təşəbbüsü həmin dövlətlərin idxal göstəricilərinin təhlili və Qazaxıstanın ixrac yönümlü şirkətlərin təklifləri əsasında təşkil edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR