Bank Of Baku

Dünyanın ekoloji təmiz brendlərinin reytinqi açıqlanıb

Dünyanın ekoloji təmiz brendlərinin reytinqi açıqlanıb
# 23 sentyabr 2011 11:46 (UTC +04:00)
Bakı - APA-Economics. Dünyanın ekoloji təmiz (“yaşıl”) brendlərinin reytinqi açıqlanıb. “APA-Economics”in xəbərinə görə, reytinq cədvəli “Interbrand” konsaltinq agentliyi tərəfindən tərtib olunub.

50 şirkətin adının yer aldığı siyahının ilk üçlüyünə “Toyota”, 3M və “Siemens” başçılıq edir. Maraqlıdır ki, reytinqdə avtomobil şirkətləri və elektronika istehsalçıları üstünlük təşkil edir.

Hibrid texnologiyalar sahəsində liderlik “Toyota”ya reytinqə başçılıq etmək imkanı verib. 1997-ci ildə buraxılan “Toyota Prius” avtomobili bu müddət ərzində ən ekoloji hibrid avtomobil adını qazanıb. Məhz ekoloji göstəricilərinə və yanacağa qənaət etdiyinə görə bir çox ölkələrdə satış reytinqi əldə edib.

Digər ekoloji təmiz avtomobil markaları “Volkswagen” və “Honda” sayılıb. Onlar reytinq cədvəlində 6-7-ci yerləri bölüşdürüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR