Bank Of Baku

Fransa-Azərbaycan biznes-forumu keçirilib

Fransa-Azərbaycan biznes-forumu keçirilib
# 24 sentyabr 2011 14:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Parisdə keçirilən Fransa-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın VI iclası çərçivəsində Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə (Azpromo) Fransa-Azərbaycan biznes-forumu keçirilib.

Azərbaycan Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, Fransa və Azərbaycan tərəfindən neft və qaz, sənaye, nəqliyyat, enerji, maliyyə, tikinti və digər sahələrdə fəaliyyət göstərən 70-dən çox iş adamı iştirak edib.

Forumda çıxış edən Azərbaycan-Fransa hökumətlərarası iqtisadi komissiyasının Azərbaycan tərəfindən həmsədri, maliyyə naziri Samir Şərifov iki ölkə arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları, iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti barədə məlumat verib, əlaqələrin inkişafında biznes-forumların, işgüzar görüşlərin əhəmiyyətini vurğulayıb.

Tədbirdə Azpromo-nun rəhbəri Adil Məmmədov Azərbaycanın investisiya və ixrac imkanları, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev və «Təmiz Şəhər» ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov təmsil etdikləri qurumların fəaliyyəti və həyata keçirilən layihələr barədə təqdimatlarla çıxış ediblər.

Biznes-forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilib, əməkdaşlıq perspektivləri müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR