Bank Of Baku

Fransanın dövlət katibi Pyer Leluş: “Fransa şirkətlərinin Azərbaycanda geniş fəaliyyət göstərməsini arzulayırıq”

Fransanın dövlət katibi Pyer Leluş: “Fransa şirkətlərinin Azərbaycanda geniş fəaliyyət göstərməsini arzulayırıq”
# 27 sentyabr 2011 13:00 (UTC +04:00)
Bakı - APA-Economics. Fransanın “lemoci.com” saytı Azərbaycan-Fransa hökumətlərarası komissiyasının iclası barədə məlumat yayıb.

APA-Economics”in xəbərinə görə, “Azərbaycan Fransa şirkətlərinə qayğı göstərir” adlı məqalədə müəllif Azərbaycan haqqında qısa məlumat verib.

Fransanın xarici ticarət üzrə dövlət katibi Pyer Leluş iclasdan sonra qəzetə müsahibəsində deyib: “Azərbaycan böyük enerji ixracatçısıdır və biz də Fransa şirkətlərinin bu sahədə daha geniş fəaliyyət göstərməsini arzulayırıq. Bununla yanaşı, şirkətlərimizin Azərbaycanda dəmir yolu, metro, aviasiya, tullantıların və çirkab suların idarə edilməsi sahələrində də iş görməsini istərdik”.

Qəzetin yazdığına görə, Fransa Azərbaycanın doqquzuncu ticarət tərəfdaşıdır. Fransa ticarət dövriyyəsinə görə Rusiya, Türkiyə, Çin, Almaniya və İtaliya ilə ayaqlaşa bilmir. Müəllifin fikrincə, Nikola Sarkozinin bu il noyabrın 7-də gözlənilən səfərindən sonra vəziyyət yaxşıya doğru dəyişəcək.

Qeyd edək ki, MOCİ (Moniteur du Commerce İnternational) 1883-cü ildə təsis edilib və Fransanın ilk beynəlxalq kommersiya qəzeti hesab olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR