Bank Of Baku

Səfir Metyu Brayza: “ABŞ-da Azərbaycanı daha yaxından tanıtmaq üçün işlər gücləndirilməlidir”

Səfir Metyu Brayza: “ABŞ-da Azərbaycanı daha yaxından tanıtmaq üçün işlər gücləndirilməlidir”
# 28 sentyabr 2011 10:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri ilə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza arasında görüş keçirilib.

APA-Economics”in xəbərinə görə, səfir qeyd edib ki, son 7 il ərzində Azərbaycan iqtisadiyyatı neft-qaz hasilatı sayəsində 3 dəfə artıb, son 6 il ərzində yoxsulluğun səviyyəsi 49%-dən 9%-ə enib: “Sevindirici haldır ki, ÜDM-in 80-85%-i özəl sektorun payına düşür”.

Diplomatın sözlərinə görə, Azərbaycan Dünya iqtisadi Forumunun dərc etdiyi hesabatda rəqabətə davamlılığa görə dünyada 56-cı yerdə, postsovet ölkələri arasında isə 1-ci yerdə qərarlaşıb: “Bu, çox yaxşı göstəricidir”. İqtisadiyyatın diversifikasiyasının ölkəyə investisiya axınına səbəb olduğunu deyən ABŞ səfiri Azərbaycanda korrupsiya əleyhinə mübarizənin gücləndirilməsini təqdir edib, bu işlər davam etdirilməsini zəruri sayıb.

ABŞ-Azərbaycan əlaqələrindən danışan M.Brayza deyib ki, şimal və cənub ölkələri Azərbaycanın ABŞ və Avropa ilə əlaqələrinin əleyhinədir. Onun fikrincə, Azərbaycan investisiya qoymaq üçün əlverişli şərait var. Enerji hasilatının növbəti onilliklərdə aşağı düşəcəyini deyən səfir bildirib ki, Azərbaycan qeyri-neft sektorunun inkişafına çalışmalıdır: “Son illər iqtisadiyyatın bir sıra sahələri - nəqliyyat, İKT, kənd təsərrüfatı inkişaf edir. İKT sahəsində əməkdaşlığımız var, amma genişləndirilməlidir. TAE layihəsi işə düşsə, ABŞ şirkətlərinin Azərbaycana axını artacaq. Nəqliyyat sahəsində də əməkdaşlığımız mövcuddur, Azərbaycan ABŞ-dan “Boeing” təyyarələri alır”.

M.Brayzanın dediyinə görə, amerikalılar üçün Azərbaycan hələ də uzaq ekzotik yer sayılır: “Bu səbəbdən ABŞ-da Azərbaycanı daha yaxından tanıtmaq üçün işlər gücləndirilməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR