Bank Of Baku

Azərbaycanlı sahibkarlar və gənc menecerlər Almaniyada ixtisasartırma kurslarında iştirak edəcəklər

Azərbaycanlı sahibkarlar və gənc menecerlər Almaniyada ixtisasartırma kurslarında iştirak edəcəklər
# 28 sentyabr 2011 12:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycanda biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqramı» çərçivəsində sahibkarların və gənc menecerlərin Almaniyaya bir ay müddətinə ixtisasartırma kurslarına göndərilməsi məqsədilə müsabiqəyə başlanılıb.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) və Almaniya Menecment Akademiyasının nümayəndələri tərəfindən keçirilən müsabiqə üç gün davam edəcək. Müsabiqədə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 55 nəfər sahibkar və gənc menecerlər iştirak edəcək.

Müsabiqədə uğur qazanmış namizədlər 2011-ci ilin noyabrın 1-dən 30-dək Almaniyanın Menecment Akademiyasında və fəaliyyət göstərdikləri sahələrə uyğun müəssisələrdə tədris və təcrübə keçəcəklər.

Proqram çərçivəsində bütün zəruri xərclər (yol xərcləri istisna olmaqla) Almaniya tərəfindən ödəniləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR