Bank Of Baku

Yaponiya hökuməti “Japan Tobacco” şirkətindəki dövlət payını satışa çıxarır

Yaponiya hökuməti “Japan Tobacco” şirkətindəki dövlət payını satışa çıxarır
# 28 sentyabr 2011 13:07 (UTC +04:00)
Bakı - APA-Economics. Yaponiya hökuməti tütün məhsulları istehsal edən “Japan Tobacco” şirkətindəki dövlət payını satmaq qərarına gəlib.

APA-Economics”in “Bloomberg”ə istinadən xəbərinə görə, satışdan əldə olunan vəsait zəlzələ və sunami nəticəsində dağılmış iqtisadiyyatın bərpasına sərf olunacaq.

Dövlətin “Japan Tobacco”dakı 50,01%-lik səhmlərinin özəlləşdirilməsi 1,8 trln. yen (24 mlrd. dollar) gəlir gətirə bilər. Hökumət iqtisadiyyatın bərpası üçün dövlət aktivlərinin özəlləşdirilməsindən başqa, vergiləri artırmağı da planlaşdırır. Yaponiya Nazirlər Kabineti bu gün mart fəlakətinin nəticələrinin aradan qaldırılmasına 12 trln. yen (156 mlrd. dollar) vəsait ayrılmasını nəzərdə tutan planı bəyənib.

Qeyd edək ki, bu il martın 11-də Yaponiyada baş verən zəlzələ və sunami nəticəsində 16 min nəfər həlak olub. Ölkəyə dəyən zərərin həcmi 210 mlrd. dollar həcmində qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR