Bank Of Baku

Oğuzda sahibkarlar üçün «Aqrar iqtisadiyyat» mövzusunda treninq keçirilib

Oğuzda sahibkarlar üçün «Aqrar iqtisadiyyat» mövzusunda treninq keçirilib
# 28 sentyabr 2011 13:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin, Oğuz Rayon İcra Hakimiyyətinin dəstəyi, nazirliyin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Oğuzda sahibkarlar üçün «Aqrar iqtisadiyyat» mövzusunda treninq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin və mərkəzin Şəki nümayəndəliyinin, Oğuz Rayon İcra Hakimiyyətinin əməkdaşları, eləcə də Şəki-Zaqatala iqtisadi rayonunda müxtəlif sahələrdə fəaliyyət göstərən 60-dan çox sahibkar iştirak edib.

Treninqdə aqrar-sənaye kompleksinin tərkib hissələri, təsərrüfatçılığın yeni formaları, kənd təsərrüfatı məhsullarının istehsalının inkişaf istiqamətləri, yüksək keyfiyyətli məhsul istehsalı və satışını təmin etmək üçün işgüzar əlaqələrin qurulmasının əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumat verilib.

Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR