Bank Of Baku

«Azersun Holding» «Müstəqil Azərbaycan 20 ildə» milli sərgisində iştirak edir

«Azersun Holding» «Müstəqil Azərbaycan 20 ildə» milli sərgisində iştirak edir
# 28 sentyabr 2011 14:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bakıda keçirilən «Müstəqil Azərbaycan 20 ildə» milli sərgisində ölkənin qeyri-neft sektorunda fəaliyyət göstərən iri şirkətlərindən biri olan «Azersun Holding» də geniş şəkildə təmsil olunur.

«Azersun Holding»d’n «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə 150 kv. metrlik sahəni əhatə edən şirkətlər qrupunun stendlərində sərgi ziyarətçiləri foto və video guşələrdə Azərbaycan müstəqilliyi ilə həmyaşıd olan holdinqin tarixi və qazandığı uğurlar barədə məlumat ala bilir, eyni zamanda holdinqin istehsal etdiyi gündəlik həyat tələbatları olan çay, yağ, konserv, şəkər, duz, çörək, kağız və digər məhsullarla tanış ola bilirlər.

«Azersun» pavilyonunun ayrı bir guşəsi holdinqin kənd təsərrüfatı sahəsinə həsr olunub. Burada holdinqin ən son aqrar texnika və suvarma sistemləri ilə təchiz olunmuş «Natural Green Land» müəssisəsində ekoloji təmiz qaydalarla becərdilən, «Global GAP» sertifikatına layiq görülmüş meyvə-tərəvəz, çuğundur və digər bitkilər ilə yanaşı, yenicə istifadəyə verilmiş «Green Land» yem fabrikinin mal qara, toyuq və balıqlar üçün müxtəlif yem nümunələri də təqdim olunub.

Kənd təsərrüfatı və yemçilik sahəsində əldə etdikləri nou xaoları fermerlə paylaşmaq məqsədilə holdinq mütəxəssisləri tərəfindən elə sərgi stendindəcə tədrislər təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR