Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fondu Ağdam sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb

Sahibkarlığa Kömək Milli Fondu Ağdam sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb
# 29 sentyabr 2011 08:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ağdam rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

SKMF-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, Ağdam rayonu üzrə soğan saxlanılması üçün müasir soyuducu anbar kompleksinin yaradılması, müasir çörək istehsalı müəssisəsinin yaradılması, müasir texnologiyaların tətbiqi ilə tərəvəz məhsullarının emalı müəssisəsinin yaradılması, toxuculuq, tikiş və xalçaçılıq sexlərinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172.
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR