Bank Of Baku

Saxlama müddəti ötmüş 620 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 620 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib
# 29 sentyabr 2011 15:50 (UTC +04:00)
Bakı - APA-Economics. İqtisadi İnkişaf Nazirliyi (İİN) yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

İİN-dən “APA-Economics”ə verilən xəbərə görə, monitorinq zamanı Bakının Nəsimi rayonunda F.Qasımzadə küçəsi, ev 1, mənzil 31 ünvanında Rüstəm Rüstəmova məxsus mağazada, R.Behbudov küçəsində Şövkət İsmayılovaya məxsus mağazada və “Şahin marketdə”, H.Aslanov küçəsi, ev 101, mənzil 10 ünvanında Solmaz Fərhadovaya məxsus mağazada, M.Əliyev küçəsi, ev 194 ünvanında “Original market”də, Binəqədi rayonunda Gülüstan qəsəbəsi, dalan 9, ev 1 ünvanında yerləşən “Dəniz market”də, 6-cı mikrorayon, 1410-cu keçid ünvanındakı “Aynur market”də, Cavadxan küçəsi, 3245-ci məhəllə ünvanında yerləşən “Yasəmən market”də, 9-cu mikrorayon, Cavadxan küçəsi, ev 2, mənzil 25 ünvanındakı “888 market”də, Davudoğlu küçəsi, 64 ünvanında Aydın Rəşidova məxsus mağazada, Yasamal rayonunda Şərifzadə küçəsi, ev 196, məhəllə 3159 ünvanında Şəmsəddin Həsənova məxsus mağazada, M.Muxtarov küçəsi, ev 188 ünvanında Samir Əliyevə məxsus mağazada, Qırmızı Şərq küçəsi, ev 5 ünvanında İlqar Babayevə məxsus mağazada, N.Nərimanov prospekti, ev 58 ünvanında Leyla Quliyevaya məxsus mağazada, Z.Xəlilov küçəsi, 50A, mənzil 28 ünvanında Elçin Əliyevə məxsus mağazada, Xətai rayonunda S.Vəzirov küçəsi, 17 ünvanında Rasim Əkbərova məxsus mağazada, N.Rəfiyev küçəsi, 14 ünvanında yerləşən “AS market”də, G.Mehmandarov küçəsi, 2942 D ünvanında Afət Nəcəfovaya məxsus mağazada, G.Şıxlinski küçəsində İnqilab Balakişiyevə məxsus mağazada və “Aynur market”də, Nərimanov rayonunda F.X.Xoyski küçəsindəki “Ruslan market”də və Elşad Bayramova məxsus mağazada, Həsənoğlu küçəsində yerləşən “Davud market”də və “Royal market”də, F.Yusifov küçəsi, ev 16/52 ünvanındakı “Məhəllə market”də, Cümə küçəsi, 7A ünvanında yerləşən “EL market”də, Zərdab rayonunda Zərdabi küçəsində Samir İsayevə məxsus mağazada, Tərtər rayonunda H.Əliyev prospekti ilə E.Hüseynov küçəsinin kəsişməsində Şərafət Mirzəliyevaya məxsus mağazada, Ağstafa şəhərində Bazar ətrafında Vəfa Tağıyevaya məxsus mağazada, Ağdam rayonunda Mahrızlı kəndində Valiyəddin Xanlarova məxsus mağazada, Xaçmaz rayonunda Çarxı kəndində Rəşid Əliyevə məxsus mağazada, Gəncə şəhərində H.Əliyev küçəsi, 57 ünvanında Cabrayıl Hüseynova məxsus mağazada, Şəmkir şəhərində M.Əhmədov və Ş.Qurbanov küçələrinin kəsişməsində Nadir Abbasova məxsus mağazada, Şirvan şəhərində T.İsmayılov küçəsində yerləşən “Mil market”də, S.Vurğun küçəsindəki “Elit market”də ümumi çəkisi 620 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub və satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR