Bank Of Baku

Qazaxda sahibkarlar üçün treninq keçirilib

Qazaxda sahibkarlar üçün treninq keçirilib
# 01 oktyabr 2011 12:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın Qazax rayonunda İqtisadi İnkişaf Nazirliyinin Bakı-Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar üçün “Aqrar iqtisadiyyat” mövzusunda treninq keçirilib. Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə tədris mərkəzinin Qazax nümayəndəliyinin əməkdaşları, Qazax rayonunda müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayan gənclər iştirak ediblər.

Treninqdə aqrar-sənaye kompleksinin tərkib hissələri, təsərrüfatçılığın yeni formaları, kənd təsərrüfatı məhsullarının istehsalının inkişaf istiqamətləri, yüksək keyfiyyətli məhsul istehsalı və satışını təmin etmək üçün işgüzar əlaqələrin qurulması barədə ətraflı məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR