Bank Of Baku

Çexiya səfiri: “Azərbaycan Cənubi Qafqazda Çexiyanın iri ticarət tərəfdaşlarından biridir”

Çexiya səfiri: “Azərbaycan Cənubi Qafqazda Çexiyanın iri ticarət tərəfdaşlarından biridir”
# 03 oktyabr 2011 08:16 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu sözləri Çexiyanın Azərbaycandakı səfiri Radek Matula Bakıda keçirilən Çexiya Pivə Festivalının açılışında deyib. Bir il öncə məhşur “Gambrinus” pivəsinin Azərbaycana idxalı başlayıb və bu gün də uğurla davam edir. O bildirib ki, hazırda Azərbaycan Çexiya pivəsini idxal etməklə yanaşı, onu həm də istehsal edir. Belə ki, bir müddət əvvəl Azərbaycanda çex pivəsinin istehsalı ilə məşğul olan birgə müəssisə yaradılıb: “Burada istehsal olunan çex pivəsi bu sahənin ən yaxşı ənənələrini əks etdirir. Reseptlər, texnologiya və standartlar hamısı orijinalda olduğu kimidir”.
İki ölkə arasındakı kommersiya əlaqələrinin durumuna toxunan səfir bəyan edib ki, Azərbaycan Cənubi Qafqazda Çexiyanın iri ticarət tərəfdaşlarından biridir. Qarşılıqlı ticarət dövriyyəsinin həcmi getdikcə artır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR