Bank Of Baku

Bakıda Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresinin toplantısı keçiriləcək

Bakıda Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresinin toplantısı keçiriləcək
# 03 oktyabr 2011 08:46 (UTC +04:00)
ASK-dan «APA-Economics»ə verilən məlumata görə, Konqres ənənəvi olaraq illik Şura yığıncaqlarını üzvü olan ölkələrin birində keçirir ki, bu ilki tədbirin Azərbaycanda keçirilməsi qərara alınıb.

Şura iclasında aktual təşkilatı-nizamnamə məsələləri müzakirə olunacaq, Konqres çərçivəsində əməkdaşlığın perspektivləri və daha da inkişaf etdirilməsi yolları, konqresin Avrasiya və digər işgüzar dairələrin regional və dövlətlərarası birlikləri arasında qarşılıqlı əlaqə barədə məsələlərə baxılacaq.

«Həmin gün «Sənayeçilər və Sahibkarlar təşkilatları ilə hakimiyyət orqanları arasında sistemli dialoq müasir şəraitdə uğurlu sosial-iqtisadi inkişafın mühüm amili kimi» mövzusunda beynəlxalq konfrans da keçiriləcək», - deyə ASK-dan bildirilib.

Azərbaycanın nazirlik və baş idarə rəhbərləri, sənayeçilər və sahibkarların milli birliklərinin nümayəndə heyətləri, elmi işçilər və mütəxəssislər, Avropa İttifaqı, MDB, Baltika, Asiya regionu, Yaxın Şərq, Fars körfəzi, həmçinin bir sıra beynəlxalq və regional təşkilatların hakimiyyət qurumlarının nümayəndələri konfransda iştirak edəcək. Ümumiyyətlə, tədbirdə 30 ölkədən 120 nəfərədək qonağın iştirak edəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR