Bank Of Baku

“YUKOS” şirkətinin keçmiş vitse-prezidenti vəfat edib

“YUKOS” şirkətinin keçmiş vitse-prezidenti vəfat edib
# 04 oktyabr 2011 09:12 (UTC +04:00)
Bakı - APA-Economics. “YUKOS” şirkətinin keçmiş vitse-prezidenti Vasili Aleksanyan dünən Moskvadakı evində vəfat edib. “APA-Economics”in Rusiya mətbuatına istinadən xəbərinə görə, 38 yaşlı V.Aleksanyan QİÇS, vərəm və xərçəng xəstəliklərindən əziyyət çəkirdi.

O, “YUKOS”da 1996-cı ildən çalışıb. 2006-cı ildə şirkətin icraçı vitse-prezidenti təyin olunub, az sonra isə maliyyə cinayətlərində ittiham olunaraq həbs edilib. Məhkəmə-tibb ekspertizası zamanı V.Aleksanyanda QİÇS xəstəliyi aşkarlanıb, daha sonra o, xərçəngə və vərəmə yoluxub, görmə qabiliyyətini itirib.

2008-ci ilin dekabrında səhhəti ilə əlaqədar girov müqabilində azadlığa buraxılan V.Aleksanyan barəsində cinayət işinə 2010-cu ildə müddəti keçdiyinə görə xitam verilib. Vəkilləri həbsxanada onun müalicə olunmadığını, özü isə “YUKOS”un digər rəhbərlərinə qarşı ifadə verməsi üçün təzyiqlərə məruz qaldığını bildirmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR