Bakıda Şimali Qafqaz Dairəsinin tərkibinə daxil olan subyektlərin sərmayə layihələrinin təqdimatı keçirilib - FOTO-VİDEO
”APA-ECONOMICS”in məlumatına görə, İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə keçirilən tədbirdə kənd təsərrüfatı və qida sənayesi, energetika, tikinti, konsaltinq, maşınqayırma və digər sektorları təmsil edən Azərbaycan və Rusiyanın 200-ə yaxın iş adamı iştirak edib.
Tədbirdə çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, həyata keçirilən islahatlar və qazanılmış uğurlar barədə məlumat verib. O qeyd edib ki, son 7 il ərzində Azərbaycanda ÜDM 3 dəfə, o cümlədən qeyri-neft sektorunun ÜDM-də payı 2 dəfə, neft sektoru 5 dəfə, iqtisadiyyata yatırılan investisiyaların həcmi 3 dəfə artıb: “Müstəqilliyin bərpasından indiyədək Azərbaycan iqtisadiyyatına 100 mlrd. dollar investisiya yatırılıb. Cənubi Qafqaz iqtisadiyyatında Azərbaycanın payı 70%-dən çoxdur”.
Azərbaycan-Rusiya əlaqələrindən danışan nazir bildirib ki, indiyədək iki ölkə arasında iqtisadi sahədə 100 saziş imzalanıb, hökumətlərarası komissiyanın 13 iclası keçirilib, hüquqi-normativ bazanın genişləndirilməsinə və regionlar arasında əlaqələrin qurulmasına başlanılıb: “Qarşılıqlı investisiyaların təşviqi və himayəsi istiqamətində işlər sürətləndirilir və bugünkü tədbir də buna təkan verəcək”.
Ş.Mustafayev qeyd edib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. 2010-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 2 mlrd. dollar olub ki, bu da 2009-cu ilə nisbətən 5,7% çoxdur. Bu ilin 8 ayı ərzində isə ticarət dövriyyəsi 60% artaraq 2 mlrd. dollara çatıb: “Son 3 il ərzində Azərbaycanda Rusiya kapitallı 139 müəssisə yaradılıb, iqtisadiyyata 4 mln. dollar vəsait yatırılıb. Bu qarşılıqlıdır”.
A.Xloponin iki ölkə arasında mövcud iqtisadi əlaqələr, Şimali Qafqazda qəbul olunmuş dövlət proqramları, əməkdaşlıq və investisiya imkanları barədə məlumat verib. O, işgüzar görüşlərin əhəmiyyətini vurğulayaraq iş adamlarını əlaqələri daha da genişləndirməyə, investisiya layihələrində birgə iştiraka dəvət edib.
Rusiyanın regional inkişaf nazirinin müavini Sergey Vereşşagin Şimali Qafqazda 4 qış xizək kurortu inşa olunduğunu bildirib. Onların ümumi dəyəri 450 mlrd. rubl (təxminən 15 mlrd. dollar) təşkil edəcək. Bu layihələrdə iştirak edən investorlara vergi güzəştlərinin tətbiq olunacağını deyən nazir müavini Azərbaycan investorlarını fəal əməkdaşlığa dəvət edib.
Tədbir çərçivəsində iki ölkənin iş adamları arasında ikitərəfli görüşlər keçirilib.
Qeyd edək ki, tədbirdə Azərbaycan baş nazirinin müavini Yaqub Eyyubov, sənaye və energetika naziri Natiq Əliyev, nəqliyyat naziri Ziya Məmmədov və “Azərenerji”nin prezidenti Etibar Pirverdiyev də iştirak edib.
Sahibkarlıq
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Təbii inhisarlarla bağlı şikayətlər üzrə istehlakçılara qaytarılan vəsaitin həcmi açıqlanıb
Xəbər Lenti
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib - VİDEO
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü start götürüb
AZANS Daşkənddə “SOCEA AGM/3”ə sədrlik edərək regional aeronaviqasiya əməkdaşlığını gücləndirib
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
“Brent” markalı netin qiyməti 105 dollardan aşağı enib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İsrail və Livan arasında danışıqların növbəti raundu oktyabra təxirə salınıb
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib