Bank Of Baku

Azərbaycan paytaxtında qanunsuz məktəbli forması istehsal edən sex aşkarlanıb

Azərbaycan paytaxtında qanunsuz məktəbli forması istehsal edən sex aşkarlanıb
# 05 oktyabr 2011 07:35 (UTC +04:00)
Komitənin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, fiziki şəxs İradə Abbasovaya məxsus tikiş sexində normativ sənədi olmadan məktəbli forması istehsal olunur. Belə ki, tikiş sexinin rəhbəri hazır məhsulun olmadığını bildirsə də, sexə baxış zamanı I mərtəbədə müxtəlif ölçülərdə kəsilmiş 72 ədəd məktəbli formasının hissələri aşkar edilib.

Aşkar edilmiş qanun pozuntusu ilə bağlı İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən protokol tərtib edilib, iki min manat məbləğində cərimə tətbiq edilib. Qərar icra edilməsi üçün Ədliyyə Nazirliyinin Bakı şəhəri Sabunçu rayonu İcra şöbəsinə göndərilib.

Məlumat üçün bildirək ki, Azərbaycanda məktəbli formalarının istehsalı ilə bağlı qüvvədə olan normativ texniki hüquqi akt “Bakı Tikiş Evi” ASC-yə məxsus texniki şərt TŞ AZ 119725-01-2011 “Məktəbli forması” (qüvvədə olma müddəti 30.04.2011-30.04.2012) adlanır. Azərbaycan Valideynlər Assosiasiyası ilə razılaşdırılmış adıçəkilən texniki şərt əsasında istehsal zamanı istifadə olunan üzlük və astarlıq parça nümunələrinin komitənin Təcrübə-Sınaq Mərkəzində sınaqları aparılıb və məhsul normativ sənədin tələblərinə uyğun gəldiyi üçün sertifikatlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR