Bank Of Baku

Sabah Bakıda kibercinayətkarlıqla mübarizə mövzusunda konfrans işə başlayır

Sabah Bakıda kibercinayətkarlıqla mübarizə mövzusunda konfrans işə başlayır
# 05 oktyabr 2011 12:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Oktyabrın 6-7-də ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə Bakıda «Kibercinayətkarlıqla mübarizə: bir çox sahələri əhatə edən kibertəhlükəsizliyin əsas vəzifəsi» mövzusunda konfrans keçiriləcək.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə müvafiq dövlət orqanlarının və internet-provayderlərin, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri, beynəlxalq ekspertlər iştirak edəcək: «Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən tədbirə nazirliyin Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov qatılacaq».

Konfransda kibercinayətkarlıq hallarının məhkəmə təqibi zamanı istifadə olunan hüquqi əsaslar, bu məsələyə dair beynəlxalq konvensiyalar, standartlar, cinayət və prosessual qanunvericilik sahəsində ən yaxşı təcrübələr müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR