Bank Of Baku

“Toppuş” nişanlı qarğıdalı çubuqlarının satışı qadağan edilib

“Toppuş” nişanlı qarğıdalı çubuqlarının satışı qadağan edilib
# 05 oktyabr 2011 13:04 (UTC +04:00)
Bakı - APA-Economics. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov 41 ünvanında yerləşən fiziki şəxs Haşem Bağeri Fathaliyə məxsus müəssisədə dövlət nəzarəti aparılıb.

Komitənin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, araşdırma zamanı müəssisənin “Toppuş” nişanlı duzlu, pendir əlavəli şirələnməmiş və şirin şirələnməmiş qarğıdalı çubuqları, jeleli marmelad, “Şəbnəm” nişanlı noğul və “Toppuş” nişanlı Lənkəran külçəsi istehsal etdiyi müəyyən edilib.

“Toppuş” nişanlı şəkərli şirələnməmiş qarğıdalı çubuqlarından götürülmüş nümunələrin sınaq nəticələrinə əsasən məhsul saxarozanın miqdarına görə normativ sənədin tələbinə cavab verməyib. Bundan başqa, təsərrüfat subyektinin məhsulları normativ sənədin tələbinə zidd olaraq Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq resepturalar olmadan istehsal etdiyi, məhsulların istehsalına lazımi şəraitin olmadığı, hazır məhsulların keyfiyyət və təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq laboratoriyada sınaqların aparılmadığı müəyyən edilib.

Qanun pozuntuları ilə bağlı müəssisədə nəzarət həyata keçirilən zaman aşkar olunmuş 230 kq jeleli marmeladın, 120 kq “Şəbnəm” nişanlı noğulun, 38 000 ədəd “Toppuş” nişanlı qarğıdalı çubuqlarının və 13 000 ədəd “Toppuş” nişanlı Lənkəran külçəsinin satışının qadağan edilməsi barədə tələbnamə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR