Bank Of Baku

Bakıda Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresinin toplantısı keçirilir

Bakıda Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresinin toplantısı keçirilir
# 06 oktyabr 2011 08:52 (UTC +04:00)
«APA-ECONOMICS»in məlumatına görə, Konqres ənənəvi olaraq illik Şura yığıncaqlarını üzv ölkələrin birində keçirir və builki tədbirin Azərbaycanda keçirilməsi qərara alınıb.

Tədbirdə çıxış edən Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev prezident İlham Əliyevin toplantı iştirakçılarına təbrik məktubunu oxuyub.

Qeyd edək ki, Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresinin Şura iclasında aktual təşkilatı-nizamnamə məsələləri müzakirə olunur, Konqres çərçivəsində əməkdaşlığın perspektivləri və daha da inkişaf etdirilməsi yolları, konqresin Avrasiya və digər işgüzar dairələrin regional və dövlətlərarası birlikləri arasında qarşılıqlı əlaqə barədə məsələlərə baxılır. Bu gün «Sənayeçilər və Sahibkarlar təşkilatları ilə hakimiyyət orqanları arasında sistemli dialoq müasir şəraitdə uğurlu sosial-iqtisadi inkişafın mühüm amili kimi» mövzusunda beynəlxalq konfrans da keçiriləcək.

Konfransda Azərbaycanın nazirlik və baş idarə rəhbərləri, sənayeçilər və sahibkarların milli birliklərinin nümayəndə heyətləri, elmi işçilər və mütəxəssislər, Avropa İttifaqı, MDB, Baltika, Asiya regionu, Yaxın Şərq, Fars körfəzi, həmçinin bir sıra beynəlxalq və regional təşkilatların hakimiyyət qurumlarının nümayəndələri, ümumilikdə 30 ölkədən 120 nəfərədək qonaq iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR