Bank Of Baku

Komitə sədri: “Delimitasiyanın başa çatması o deməkdir ki, Rusiya Azərbaycanın müstəqilliyini mövcud sərhədlər daxilində tanıyır”

Komitə sədri: “Delimitasiyanın başa çatması o deməkdir ki, Rusiya Azərbaycanın müstəqilliyini mövcud sərhədlər daxilində tanıyır”
# 07 oktyabr 2011 08:36 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyi münasibətilə hakim Yeni Azərbaycan partiyasının qərargahında keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana rəsmi səfəri zamanı iki ölkə arasında sərhədlərin delimitasiyasına dair yekun sənədlər imzalanıb: “Bu isə o deməkdir ki, Rusiya Azərbaycanın müstəqilliyini mövcud sərhədlər daxilində tanıyır”.

Komitə sədri qeyd edib ki, hazırda Gürcüstanla Azərbaycan arasında sərhədlərin delimitasiyasına dair aparılan danışıqlar başa çatmaq üzrədir: “İki ölkə arasındakı sərhədlərin ümumi uzunluğu 480 km-dən bir qədər çoxdur. Bunun 300 km-dən çoxu razılaşdırılıb”.

Q.Məmmədovun sözlərinə görə, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, Bakı-Supsa və Oğuz-Qəbələ-Bakı layihələri çərçivəsində komitə tərəfindən xəritələr çəkilib: “Eləcə də Bakıda “Nəqliyyatın intellektual idarəetmə sistemi” layihəsi çərçivəsində sifarişli xəritələr hazırlamışıq. Koreya, İsveçrə və Yaponiyadan alınan qrantlar hesabına bir sıra layihələr, o cümlədən kadastr, xəritəçəkmə, topoqrafiya və s. işləri həyata keçirmişik. Biz müasir rəqəmli xəritələr çəkirik ki, bu da o vaxtkı xəritələrdən daha dəqiqdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR