Bank Of Baku

Lənkəranda «Korporativ idarəetmə» mövzusunda treninq keçirilib

Lənkəranda «Korporativ idarəetmə» mövzusunda treninq keçirilib
# 07 oktyabr 2011 14:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Lənkəranda İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, nazirliyin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən sahibkarlar üçün «Korporativ idarəetmə» mövzusunda treninq keçirilib.

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin əməkdaşları, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayan gənclər iştirak edib.

Treninqdə iştirakçılara Azərbaycan korporativ idarəetmə standartları, korporativ idarəetmənin mahiyyəti, məzmunu, prinsipləri və metodları, korporativ idarəetmənin şəffaflığın artırılmasında rolu, Müşahidə Şurasının və səhmdarların hüquq və vəzifələri, onlar arasında qarşılıqlı münasibətlərin yaradılması qaydaları barədə ətraflı məlumat verilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR